Şrift:
İcra başçısı kürdlərin Muağana yerləşdirilməsi ilə bağlı xəbərdarlıq edib
14.06.2020 [11:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ədalət Hacipur 2 minə yaxın kürd dillinin fəhləlik məqsədi ilə Parsabadda məskunlaşdığını bildirib.





Mühacirlərlə yerli əhali arasında böyük ölçüdə mədəni fərqliliyin mövcudluğunu vurğulayan icra başçısı kürdlərin Muğanda kök salmasının gələcəkdə ciddi sosial problemlərə yol açacağı barədə xəbərdarlıq edib.





“Bu köçlər gələcəkdə ictimai-mədəni problemlərə və zorakılıq hallarının baş verməsinə səbəb ola bilər,” deyə o bildirib.





Güney azərbaycanlı milli fəallar dəfələrlə kürdlərin sistemli şəkildə Muğana köçürülməsi barədə xəbərdarlıq ediblər.





İran rejimi Güney Azərbaycanın sərhəd ərazisində kürdləri məskunlaşdırmaqla burada yaşayan türklərin Şimali Azərbaycan və Türkiyə ilə quru əlaqəsini kəsməyə, eləcə də Güney Azərbaycanın demoqrafik tərkibini kürdlərin xeyrinə dəyişdirməyə çalışır.
Bu xəbər oxucular tərəfindən 198 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed