Şrift:
Təbrizdə metro qazıntıları zamanı tarixi məzarlığa ciddi ziyan dəyib
14.06.2020 [11:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məlumata görə, “Gülüstan Bağı” ərazisində metro stansiyanın tikintisi üçün aparılan qeyri-standart qazıntılar zamanı tarixi “Məqbərətül-Ürəfa(ariflər məzarlığı)” və ya Gəcil qəbiristanlığında dəfn edilən bəzi sümüklər aşkar edilib.





Yerli xəbər saytlarının verdiyi məlumata əsasən, Təbriz Metropoliteni İdarəsi və Şərqi Azərbaycan əyalətinin Əl İşləri, Turizm və Mədəni İrs Təşkilatı məsələyə laqeyd yanaşıb və qazıntılar dayandırılmayıb.





Aparılan qazıntı zamani tarixi məzarlığa dəyən ziyan haqqında dəqiq məlumat yoxdur. Şərqi Azərbaycan əyalətinin Əl İşləri, Turizm və Mədəni İrs Təşkilatının baş direktoru Əhməd Həmzəzadə məsələnin araşdırılacağını deməklə kifayətlənib.





Şərqi Azərbaycan Mədəni İrsini Sevənlər təşkilatının rəhbəri metro qazıntıları zamanı tarixi abidələrə ziyan dəyəcəyi barədə daha öncə dəfələrlə xəbərdarlıq edildiyini vurğulayıb.





Əhəd Nijad İbrahimi “Gülüstan Bağı”, “Miyarmiyar”, “Saat Qabağı” və Valilik binasının qarşısında tikilən meteostansiyaların Təbrizin tarixi strukturunda yerləşdiyinə baxmayaraq bu ərazidə layihə çərçivəsində qazıntı işləri aparıldığını deyib.





“Ərazidə qazıntılar aparılmadan əvvəl arxeoloji tədqiqatlar aparılmalı idi. Lakin, bildiyim qədəri ilə təəssüflə belə olmayıb. Bu barədə Əl İşləri, Turizm və Mədəni İrs idarəsi münasibət bildirməlidir,” deyə o əlavə edib.
Bu xəbər oxucular tərəfindən 226 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed