Şrift:
Vali İran hakimiyyətinin Azərbaycana qarşı ayrı-seçkiliyini tənqid edib
14.06.2020 [14:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan əyalətinin Planlaşdırma və İnkişaf Şurasının iclasında çıxış edən vali əyalətə ayrılan büdcənin əhalinin sayı və inkişaf göstəriciləri ilə uyğun olmadığını bildirib.





Purməhəmmədi əlavə edib ki, Şərqi Azərbaycanda yaşayanlar ölkə əhalisinin 5 faizi təşkil etdiyi halda əyalətə ayrılan büdcə ölkənin ümumi büdcəsinin 5 faizindən azdır.





“Bizim prioritetimiz yarım qalan layihələrin tamamlanmasıdır. Bu layihələr bitmədiyi müddətcə heç bir qurumun yeni layihəyə başlamağa haqqı yoxdur,” deyə o artırıb.





Vali maliyyə mənbələrinin ciddi çatışmazlığını qeyd edərək dövlət qurumlarını qənaət etməyə çağırıb.





"Əyalətdə yeni gəlir mənbələri müəyyənləşdirilməlidir. Əks halda mövcud vəsaitlə layihələrin icrasında problemlə üzləşəcəyik,” deyə vali xəbərdarlıq edib.
Bu xəbər oxucular tərəfindən 294 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed