Şrift:
Çində avtosisternin partlaması nəticəsində ölənlərin sayı 19-a çatıb
14.06.2020 [16:15] - Xəbərlər, Hadisə
Çinin Cıcian vilayətində maye qaz daşıyan avtomobilin alovlanaraq partlaması nəticəsində ölənlərin sayı 19 nəfərə, xəsarət alanların sayı isə 24-ü ağır olmaqla 172-yə yüksəlib.

Bu barədə yerli səlahiyyətlilər mətbuat konfransında məlumat veriblər.

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Müvafiq qurumların apardığı monitorinqlərin nəticəsində ərazidə hava və suyun çirklənməsi müəyyən edilməyib.

Qeyd edək ki, iyunun 13-də Şenyan-Haykou avtomagistralının Venlin şəhərinin Dasi qəsəbəsindən keçən hissəsində yerli vaxtla 16:40-da avtosistern alışaraq partlayıb. Güclü partlayış avtosisterni yolun kənarındakı avtomobil təmiri sahəsinə tullayıb və bu zaman ikinci partlayış baş verib. Nəticədə ərazidəki bir neçə avtomobil də alışaraq yanıb. Partlayışın gücündən yaxınlıqda yerləşən yaşayış binalarına və digər tikililərə ciddi ziyan dəyib. Dağıntı altında qalanlar olub.

Hadisə yerinə 2660 xilasedici, 200-ə yaxın xüsusi texnika, 450 yanğınsöndürən cəlb olunub. Yaralıların müalicəsi ilə 630-dan çox tibb işçisi məşğuldur.
Bu xəbər oxucular tərəfindən 283 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed