Şrift:
Azərbaycanda koronavirusa daha 387 nəfər yoluxub, 274 nəfər sağalıb
14.06.2020 [19:30] - Xəbərlər, Siyasət
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 387 yoluxma faktı qeydə alınıb, 274 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 9957 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 5583 nəfər müalicə olunaraq sağalıb, 119 nəfər vəfat edib. Aktiv xəstə sayı 4255 nəfərdir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 381 min 846 test aparılıb. Bugünkü test sayı isə 6087-dir.
Bu xəbər oxucular tərəfindən 373 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed