Şrift:
Özbəkistanda karantin rejimi avqustun 1-dək uzadılıb
15.06.2020 [10:23] - Gündəm, Sosial
Özbəkistanda qırmızı, sarı və yaşıl regionlara bölünən vilayət və rayonların hamısında gücləndirilmiş sanitar-gigiyena normalarına əməl etməklə karantin rejimi avqustun 1-dək uzadılıb.

Ölkədə bununla bağlı qərar qəbul edilib.

Bildirilir ki, sarı və yaşıl ərazilərdə özəl uşaq bağçaları iyunun 15-dən, dövlət uşaq bağçaları isə avqustun 1-dən açılacaq.

İyulun 1-dən sarı və yaşıl ərazilərdə kafe, restoran və geyim bazarları da qapılarını açacaq.
Bu xəbər oxucular tərəfindən 323 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed