Şrift:
Gürcüstanda parlament seçkiləri təxirə salına bilər
15.06.2020 [10:26] - Gündəm, Borçalı
Gürcüstanda bu ilin oktyabrında keçirilməsi nəzərdə tutulan parlament seçkiləri təxirə salına bilər.

Bu bəyanatla Gürcüstan parlamentinin Sabiq sədri, deputat İrakli Kobaxidze çıxış edib.

Onun sözlərinə görə, əgər parlament seçkilərinə qədər ölkədə koronavirusun ikinci dalğası baş versə, eyni zamanda, ölkədə fövqəladə vəziyyət elan edilsə, konstitusiyaya əsasən parlament seçkiləri oktyabr ayında keçirilməyəcək.

Kobaxidze deyib ki, əgər oktyabrda və ya oktyabradək fövqəladə vəziyyət elan olunsa, onda konstitusiyaya görə, 45 gün tez və ya ən geci 60 gün ərzində seçkilər keçirilə bilər.

Qeyd edək ki, Gürcüstan konstitusiyasına əsasən parlament seçkiləri oktyabr ayında keçirilməlidir.
Bu xəbər oxucular tərəfindən 960 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed