Şrift:
İordaniya Ermənistanın "Xankəndi aereportu oyunu"na cavab verəcək.
22.10.2012 [12:54] - Hadisə
Bu ölkənin xarici işlər nazirinin Bakıya səfəri gözlənilir

Dünən Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyovla bu ölkənin xarici işlər naziri Nasser Cudeh arasında görüş keçirilib. Nazir son illərdə İordaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyib.

Görüşdə Ermənistanın Azərbaycan Respublikasının hava məkanından və mülki aviasiya infrastrukturundan qeyri-qanuni istifadə, o cümlədən Xocalı hava limanına uçuşlar təşkil etmək cəhdinin mülki aviasiya təhlükəsizliyinə və regiondakı vəziyyətə mənfi təsir göstərəcəyi xüsusi vurğulanıb. Ermənistanı beynəlxalq hüquq normalarına zidd olan bu niyyətdən daşındırmaq məqsədilə İordaniya tərəfinə müraciət edilib və bununla əlaqədar rəsmi nota təqdim olunub. N.Cudeh qısa müddətdə İordaniyanın bu məsələyə dair münasibət bildirəcəyini vəd edib.

Xəbər xidməti
Bu xəbər oxucular tərəfindən 640 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed