Şrift:
Zəncanda koronavirus təhlükəsi fövqəladə hal səviyyəsinə çatıb
15.06.2020 [11:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə Zəncan əyalətinin vali müavini Xudabəxş Muradi məlumat verib. O əlavə edib ki, Zəncan əyalətində təkcə iyunun 14-də 230 nəfər koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilib.





“Statistikalar gənc nəsil, eləcə də yeniyetmələrin və uşaqların da koronavirusa yoluxma təhlükəsi ilə üz-üzə olduğunu göstərir,” deyə Muradi bildirib.





Rəsmi vətəndaşları pandemiyanın yayılmasının qarşısını almaq məqsədilə nəzərdə tutulmuş qaydalara riayət etməyə çağırıb: “Əhali virusa yoluxma riskini minimuma endirmək məqsədilə sosial məsafəyə ciddi şəkildə riayət etməli, ictimai yerlərdə, yas və toy mərasimlərində tibbi maskadan, eləcə də dezinfeksiya vasitələrindən istifadə etməlidirlər.”





İran rejimi siyasi və iqtisadi mülahizələrə görə, pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətləri ortadan qaldıraraq müxtəlif müəssisələrin fəaliyyətini yenidən bərpa edib. Bu isə pandemiyanın yayılmasını yenidən gücləndirib.





İyunun 11-dən etibarən İranın Səhiyyə Nazirliyinin tətbiq etdiyi qadağadan sonra Güney Azərbaycanın əyalətlərinin səhiyyə xidməti məsulları pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamayıb.
Bu xəbər oxucular tərəfindən 382 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed