Şrift:
Ermənistanda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı sürətlə artır
15.06.2020 [16:28] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Son sutka ərzində Ermənistanda 397 nəfər koronavirusa yoluxub.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklə Nəzarət və Profilaktikası Milli Mərkəzi məlumat yayıb. Məlumatda bildirilir ki, bununla da Ermənistanda COVID-19 virusuna yoluxanların sayı 17 min 64 nəfərə çatıb.

Daha 16 nəfər isə koronavirusdan ölüb. Bu virusdan ölənlərin sayı 285 nəfərə yüksəlib.

Hazırda Ermənistanda 10 min 409 nəfər aktiv koronavirus xəstəsi var.
Bu xəbər oxucular tərəfindən 2670 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed