Şrift:
Gəncədə yeniyetmə və gənclər arasında onlayn rəsm müsabiqəsi keçirilib
16.06.2020 [09:18] - Gündəm, Gənclik, Bildiriş
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”na uyğun olaraq 15 İyun – Milli Qurtuluş Günü münasibətilə yeniyetmə və gənclər arasında onlayn rəsm müsabiqəsi keçirilib.

Gənclər Evi və Uşaq-Gənclər İnkişaf Mərkəzinin də tərəfdaşlıq etdiyi müsabiqənin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsini gənclər arasında geniş təbliğ etmək, gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini gücləndirmək, istedadlı gənclərin üzə çıxarılması və onların yaradıcılıq potensialının inkişaf etdirilməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili olub.

Müsabiqədə Gəncə şəhəri və digər regionlardan 39 istedadlı yeniyetmə və gənc iştirak edib. Münsiflər heyətinin rəyinə və müsabiqənin nəticələrinə əsasən, Rahimə Mahmudova 1-ci, Elmira Həsənova 2-ci, Fatma Abdulsəlimova 3-cü, Leyla Abdullayeva isə həvəsləndirici yerə layiq görülüb.

Qaliblərə Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və hədiyyələr, digər iştirakçılara isə təşəkkürnamələr təqdim olunacaq.
Bu xəbər oxucular tərəfindən 486 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed