Şrift:
Misirdə 97 yaşlı koronavirus xəstəsi sağalıb
17.06.2020 [09:17] - Gündəm, Sağlıq
Misirin Şərqiyə xəstəxanasında yeni növ koronavirusdan müalicə olunan 97 yaşlı qadın tam sağalaraq evə buraxılıb. O, ölkədə bu xəstəlikdən şəfa tapan ən yaşlı insandır.

Misirin Səhiyyə Nazirliyi iyunun 16-da pandemiya ilə bağlı son vəziyyəti açıqlayıb. Qeyd olunub ki, son sutkada ölkədə yeni növ koronavirusdan 95 nəfər vəfat edib, COVID-19 qurbanlarının sayı isə 1766 nəfərə çatıb.

Nazirliyin mətbuat katibi Xalid Meqahed bildirib ki, son sutka ərzində yeni növ koronavirusa daha 1567 yoluxma qeydə alınıb, yoluxanların ümumi sayı isə 47 min 856 nəfərə çatıb. O əlavə edib ki, iyunun 16-da karantin xəstəxanalarında 401 pasiyent sağalıb, ümumilikdə 12 min 730 nəfər xəstəlikdən şəfa tapıb.
Bu xəbər oxucular tərəfindən 372 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed