Şrift:
Misirin beynəlxalq turizm mövsümünü belaruslu turistlər açacaq
17.06.2020 [09:18] - Gündəm, Siyasət
COVID-19 pandemiyası dövründə Misir iyulun 1-dən etibarən beynəlxalq uçuşları və turizm sektorunun fəaliyyətini bərpa edir.

İyulun 4-də bu ölkəyə gələcək ilk əcnəbi turistlər Belarus vətəndaşları olacaq. Minskdən Qırmızı dəniz sahillərindəki Hurhaqa kurortuna mövsümün ilk turist qrupunun gəlməsinə dair Misir və Belarusun Turizm nazirləri arasında razılıq əldə olunub. Növbəti çarter reysləri isə Ukrayna və Serbiyadan qəbul ediləcək.

Misirin və Belarusun Turizm nazirləri Xalid Anani və Sergey Kovalçuk arasında virtual görüşdə belaruslu turistlərin təhlükəsizliyi, kurort zonalarında tətbiq olunan yeni qaydalar ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Qırmızı dəniz və Cənubi Sinayın istirahət məkanlarında COVID-19 virusuna qarşı profilaktik tədbirlər görülüb. Belaruslu nazir mövsümün ilk turist qrupu ilə birlikdə Misir turizminin təbliği məqsədilə jurnalistlərin də Hurhaqaya gəlməsini təklif edib. Misir tərəfi bu təklifi bəyənib.

Qeyd edək ki, Misir iqtisadiyyatı üçün mühüm sahələrdən biri olan və ümumi daxili məhsulun 12 faizini təşkil edən turizm sektoru bu ölkənin əsas valyuta mənbələrindən biridir. Pandemiyadan əvvəl hökumət 2020-ci ildə turizmdən 14 milyard dollar gəlir əldə etməyi planlaşdırırdı
Bu xəbər oxucular tərəfindən 244 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed