Şrift:
Dörd Körfəz ölkəsi qlobal rəqabətqabiliyyətlilik reytinqində yer alıb
17.06.2020 [09:20] - Gündəm, Sosial
İsveçrədə yerləşən Beynəlxalq İnkişaf Menecmenti İnstitutunun (IMD) “Dünya Rəqabətqabiliyyətlilik Mərkəzi”nin tərtib etdiyi 2020-ci il üçün 63 ölkə arasında qlobal rəqabətqabiliyyətlilik reytinqində Körfəz Dövlətləri Şurasına daxil olan dörd dövlət yer alıb.

Ən yüksək reytinqə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) layiq görülüb. Cədvəldə doqquzuncu yeri tutan BƏƏ bu il ABŞ, Almaniya, İrlandiya, Finlandiya kimi ölkələri qabaqlayıb. Digər körfəz ölkəsi – Qətər reytinq cədvəlində 14-cü, Səudiyyə Ərəbistanı 24-cü, İordaniya isə 58-ci yeri tutub.

Rəqabətqabiliyyətlilik reytinqində ilk yeri ikinci dəfə ardıcıl Sinqapur tutub. Danimarka və İsveçrə müvafiq olaraq ikinci və üçüncü yerə layiq görülüb. Bir sıra ölkələr COVID-19 pandemiyası dövründə öz mövqelərini itiriblər. Pandemiyanın mənfi təsiri və ticarət müharibələri nəticəsində ABŞ yeddi pillə geriləyərək 10-cu, Çin isə altı pillə düşərək 20-ci yeri tutub.

IMD reytinq cədvəlinin tərtibində iqtisadi inkişaf, əmək bazarı, ictimai sektora və biznesə yatırılan sərmayə, ekoloji amillər nəzərə alınır.
Bu xəbər oxucular tərəfindən 251 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed