Şrift:
“Urmiyə 90” komandası maddi çətinliklə üzləşdiyi halda Urmiya millət vəkili Tehran futbol komandasına yardım edir
17.06.2020 [09:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məlumata görə, son günlərdə Salman Zakirin dəstəyi və maddi yardımı ilə Urmiyada “İstiqlal Tehran Futbol Klubunun” rəsmi məktəbi fəaliyyətə başlayıb.





Millət vəkilinin Azərbaycan futboluna olan laqeyd münasibəti və Tehran klubuna verdiyi maddi dəstək “Urmiyə 90” komandasının azarkeşlərinin etirazına səbəb olub.




“Urmiyə 90” futbol klubu ciddi maliyyə problemlərlə üz-üzədir. Yaxın günlərdə klubun icraçı direktoru Yəhya Bahari komandanın əldə etdiyi uğurlara baxmayaraq imkanların çatışmazlığı üzündən İran çempionatının I dəstəsinin yarışlarından geri çəkilməyə məcbur olduğunu demişdi.





Bahari bildirib ki, İran Futbol Federasiyasının məktubuna əsasən “Urmiya 90” futbol komandası “Təxti” stadionunun infrastrukturundakı çatışmazlıqlara görə yarışlara ev sahibliyi etmək hüququndan məhrum edilib. Buna etiraz olaraq klubun rəhbəri çempionatdan çəkilmək qərarı alıb.





“Urmiyə 90” komandası İran çempionatının I dəstəsinin yarışlarında bir çox uğura imza atıb, bu yarışlarda ən çox tərəfdarı olan komanda ləqəbini qazanıb. Ekspertlərin çoxu bu komandanın super liqaya vəsiqə qazanacağına düşünür.





Qeyd edək ki, Bahari komandasının gələcək fəaliyyəti ilə bağlı dəfələrlə məsullara çağırış edib, komandanın İran super liqasına seçilməsi üçün səlahiyyətli şəxslərdən yardım gözlədiyini bildirib. Lakin Qərbi Azərbaycanın yerli olmayan kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyari başda olmaqla əyalət məsulları “Urmiyə 90” komandasına dəstək verməkdən imtina edib.
Bu xəbər oxucular tərəfindən 278 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed