Şrift:
Donald Tramp Amerika polisində islahat haqqında fərman imzalayıb
17.06.2020 [11:27] - Xəbərlər, Sosial
ABŞ Prezidenti Donald Tramp polis əməkdaşları tərəfindən hüquqazidd əməllərin aşkar edilməsi və departamentlərin bu istiqamətdə fəaliyyətinin stimullaşdırılması tədbirlərinin həyata keçirilməsini nəzərdə tutan fərman imzalayıb.

Tramp bu fərmanın imzalanması barədə bəyanatla Ağ evdə çıxış edərkən polisi tərifləyib və deyib ki, polis təşəkkürə layiqdir. Bununla bərabər, o qeyd edib ki, qanun və qayda bütün ölkədə bərpa olunmalıdır və onun administrasiyası bunun üçün nə mümkündürsə edəcək.

Corc Floydun Minnepolisdə polislər tərəfindən saxlanması zamanı ölümündən sonra artıq iki həftə idi ki, həm demokratlar, həm də respublikaçılar hüquq mühafizə orqanlarının fəaliyyətlərində islahatlar keçirilməsini tələb edirdilər. Prezidentin sözlərinə görə, o, polis ilə münaqişə zamanı həlak olmuş bir neçə insanın ailələri ilə görüşüb. Ağ evin rəhbəri həlak olanların ailələrinə müraciətlə deyib ki, bütün millət onların kədərinə şərikdir.

Tramp administrasiyasının fərmanında polisin maliyyələşdirilməsinin azaldılması nəzərdə tutulmur. Bu cür çağırışlar ümummilli etiraz hərəkatı tərəfindən dəstəklənir. Prezident bəyan edib ki, polis zabitinin həyatı təhlükədə olduğu hallar istisna olunmaqla polislər tərəfindən boğma fəndlərinin tətbiq edilməsi qadağan olunacaq.
Bu xəbər oxucular tərəfindən 434 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed