Şrift:
Ermənistan ordusunun əsgərləri arasında kütləvi dava düşüb
17.06.2020 [15:31] - Gündəm, Hərb, Qərbi Azərbaycan-İrəvan
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Əskəran yaşayış məntəqəsində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində yerlibazlıq üstündə əsgərlər arasında kütləvi dava düşüb. Yaralananlar və həbs edilənlər var.

Erməni KİV-ləri xəbər verir ki, zabit Arqat Balayanın məruzəsinə əsasən davada üç nəfər xüsusi amansızlıqla döyüldüyü üçün daha ağır xəsarətlər alıb. Yaralanan üç hərbi qulluqçu hospitala təxliyə edilib, digərləri isə tibb məntəqəsinin həkimləri tərəfindən müayinə olunub.

Komandanlıq əvvəlcə hadisənin məişət zəminində baş verməsi versiyasını bəhanə edərək faktı ört-basdır etməyə çalışıb.

Sonradan kütləvi davanın yerevanlılarla Qarabağdakı ermənilər arasında baş verdiyi ortaya çıxıb və məsələyə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Erik Manasyanın rəhbərlik etdiyi istintaq qrupu müdaxilə edib.

DTX-nin əməkdaşlarının ortaya çıxardığı maraqlı məqam odur ki, bu cür hadisələr tez-tez baş verir və hərbi hissənin zabitləri buna göz yumurlar. Araşdırmalar davam edir.
Bu xəbər oxucular tərəfindən 3001 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed