Şrift:
Qırğızıstan parlamenti Kubatbek Boronovun ölkənin Baş Naziri təyin olunmasını dəstəkləyib
17.06.2020 [15:52] - Xəbərlər, Siyasət
Qırğızıstan parlamenti-Joqorku Keneşin bu gün keçirilən iclasında deputatlar Kubatbek Boronovun ölkənin Baş Naziri təyin olunması ilə bağlı məsələni müzakirə ediblər.

Müzakirələrdən sonra keçirilən səsvermədə deputatlar Kubatbek Boronovun ölkənin Baş Naziri təyin olunmasına razılıq veriblər.

2018-ci ildən Baş Nazirinin birinci müavini olan K.Boronov buna qədər isə yeddi il ölkənin Fövqəladə Hallar naziri olub.

İclasda deputatlar hökumətin proqramı və strukturunu da təsdiq ediblər.
Bu xəbər oxucular tərəfindən 373 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed