Şrift:
Lüksemburqda iqtisadi artım 12 faizədək aşağı düşəcək
18.06.2020 [09:53] - Gündəm, İqtisadiyyat
Lüksemburq Milli Maliyyə Şurası (CNFP) ölkənin 2020-2021-ci illər üçün büdcənin təkamülünü araşdırıb. Yeni proqnozlar gözlənilən büdcə kəsiri ilə bağlı çox diqqətli olmağı tələb edir.

Bu haqda Lüksemburq CNFP-nin prezidenti məlumat verib.

Onun sözlərinə görə, koronavirus epidemiyası böhranının nəticələrindən panikaya düşməyə lüzum yoxdur, ancaq böhranın təsirini diqqətlə izləmək lazımdır. Lüksemburq, epidemiya ilə bağlı tez və güclü reaksiya göstərsə də, 2,5 milyard avro borc götürsə belə, maliyyə üfüqləri qaranlıq görsənir.

Lüksemburq Böyük Hersoqluğu Statistika və İqtisadi araşdırmalar Milli İnstitutu (STATEC) daha pessimist senario təqdim edib. STATEC-ə görə, cari ildə iqtisadiyyat ÜDM-in 12,4 faizi qədər aşağı düşəcək və 2021-ci ildə iqtisadi artım +2,1 faiz artacaq. Bu hesablamalara görə, 2021-ci ilin sonuna ölkə ÜDM-i 2019-cu illə müqayisədə 10 faiz aşağı olacaq.

Epidemiya nəticəsində ölkədə işsizliyin də artacağı- 2020-ci ildə 6,7 faiz, gələn il isə 7,2 faizə çatacağı qeyd olunur.
Bu xəbər oxucular tərəfindən 313 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed