Şrift:
“Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
23.10.2012 [11:53] - Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüseyn Cavidin Ev Muzeyinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illiyinə həsr edilmiş “Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.konfransda çıxış edən AMEA prezidenti Mahmud Kərimov bildirib ki, Hüseyn Cavid fəlsəfi-estetik məzmuna malik əsərləri ilə Azərbaycan ədəbiyyatında yeni mərhələnin başlanğıcını qoyub. Romantizm cərəyanının ən güclü nümayəndəsi olan Hüseyn Cavid özünün lirik əsərləri, mənzum faciə və tarixi dramları ilə Azərbaycanın zəngin bədii fikir xəzinəsində layiqli yer tutub.

3 gün davam edəcək konfransda ümumilikdə 63 alimin məruzəsi dinləniləcək. Konfrans ənənəvi olaraq Hüseyn Cavidin abidəsi önündə keçiriləcək “Cavid poeziya günü” ilə davam edəcək. Konfransa Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında H. Cavidin anadan olmasının 130 illiyinə həsr edilmiş təntənəli yubiley tədbiri ilə yekun vurulacaq.
Bu xəbər oxucular tərəfindən 1735 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed