Şrift:
Rusiya XİN: Avropanın kurort şəhərləri ilə sərhədlərin açılması barədə danışmaq hələ tezdir
19.06.2020 [11:13] - Xəbərlər, Siyasət
Avropanın ən nüfuzlu turizm istiqamətləri ilə sərhədin açılması barədə danışmaq hələ tezdir.

Bu fikir Rusiya Xarici İşlər Nazirliyinin məlumatında yer alıb.

Məlumatda qeyd olunub ki, rusiyalıların Avropanın məşhur kurortlarına getməsi üçün yolların açılması hələlik mümkün deyil. Koronavirusun dünya miqyasında yayılma təhlükəsi hələ aradan qaldırılmayıb. Buna görə də müntəzəm aviauçuşların bərpası epidemioloji vəziyyət ciddi öyrənildikdən sonra mümkündür. Xarici ölkələrin turizm sahəsini dirçəltmək arzusu başadüşüləndir. Lakin həmin ölkələrin əksəriyyətində koronavirus infeksiyasının yayılma səviyyəsi hələ də yüksək olaraq qalır.

Bundan əlavə, Xarici İşlər Nazirliyi xəbərdarlıq edir ki, Avropanın bir neçə ölkəsinə, məsələn, Böyük Britaniyaya və İrlandiyaya gələn Rusiya vətəndaşları 14 gün karantində qalmağa hazır olmalıdırlar.
Bu xəbər oxucular tərəfindən 305 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed