Şrift:
Ermənistanda COVID-19-a yoluxanların sayı 19 mini keçib
19.06.2020 [16:04] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistanda son 24 saat ərzində daha 459 nəfər koronavirusa yoluxub, 10 nəfər isə pandemiyanın qurbanı olub.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların sayı 19 min 157 nəfərə, bu virusdan ölənlərin sayı isə 319 nəfərə yüksəlib.

Hazırda Ermənistanda 10 min 462 aktiv koronavirus xəstəsi var.
Bu xəbər oxucular tərəfindən 638 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed