Şrift:
Azərbaycanda koronavirusa daha 438 nəfər yoluxub, 133 nəfər sağalıb
19.06.2020 [21:03] - Xəbərlər, Siyasət
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 438 yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 11 min 767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 6325 nəfər müalicə olunaraq sağalıb, 143 nəfər vəfat edib. Aktiv xəstə sayı 5299 nəfərdir.
Bu xəbər oxucular tərəfindən 422 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed