Şrift:
Qazaxıstanda sərt karantin məhdudiyyətləri qüvvəyə minib
20.06.2020 [10:01] - Gündəm, Sosial
Qazaxıstanda iyunun 20-21-də sərt karantin məhdudiyyətləri tətbiq olunacaq. Bu, Qazaxıstanda koronavirusun yayılmasının artması ilə əlaqədardır. Nur-Sultan, Almatı, Qaraqanda, Çimkənt, Pavlodar və Ekibastuz şəhərlərində ticarət və əyləncə mərkəzlərinin, ticarət evlərinin, mağaza şəbəkələrinin, qeyri-ərzaq və ərzaq bazarlarının, ictimai nəqliyyatın və s. fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, son bir neçə həftə ərzində Qazaxıstanın bəzi bölgələrində karantin yenidən gücləndirilib. Ölkədə infeksiya və ölüm hallarında artım müşahidə olunur. İyunun 19-da koronavirusun asimptomatik daşıyıcıları rekord həddə çataraq 7609 nəfər olub.
Bu xəbər oxucular tərəfindən 210 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed