Şrift:
Böyük Britaniyada uşaqların təhsil şəraiti üçün vəsait ayrılıb
20.06.2020 [10:04] - Gündəm, Sosial
Böyük Britaniyada uşaqların məktəblər bağlandıqdan sonra itirdikləri təhsil şəraitini əldə etmələri üçün 1 milyard funt sterlinq ayrılıb.

Baş Nazir Boris Conson imzaladığı qanunun şagirdlərin ehtiyaclarının təmin edilməsinə kömək olacağını söyləyib. O, pandemiya zamanı göstərdikləri səylərə görə müəllimlərə və şagirdlərə təşəkkür edib. Boris Conson, həmçinin deyib ki, sentyabr ayından bütün uşaqların məktəbə qayıtmasını istəyir.

Təhsil üzrə dövlət katibi Qevin Uilyamson bu barədə rəsmi qərarın olmadığını, lakin uşaqların təhsilinin önəmli olduğunu vurğulayıb. O, təhlükəsizlik tam təmin edildikdən sonra bunun mümkün olacağını deyib.
Bu xəbər oxucular tərəfindən 202 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed