Şrift:
Türkiyədə koronavirusdan ölənlərin sayı artmaqda davam edir
20.06.2020 [11:22] - Gündəm, Türk dünyası-Turan
Türkiyədə iyunun 19-da daha 1214 nəfərdə COVID-19 infeksiyası aşkar olunub. Gün ərzində 1494 xəstə sağalıb, 23 nəfər dünyasını dəyişib.

Bu vaxtadək 2 milyon 863 min 632 nəfər koronavirus testindən keçirilib. Onlardan 185 min 245 nəfərdə virus aşkar olunub. Hazırda 769 nəfər reanimasiyada, 310 xəstə süni nəfər aparatına qoşulmuş haldadır. İndiyədək bu virusdan 4905 xəstə dünyasını dəyişib, 157 min 516 xəstə sağalıb.

Qeyd edək ki, Türkiyədə ali məktəblərə və liseylərə keçiriləcək qəbul imtahanları günlərində koronavirus infeksiyasına yoluxma riskinin artmasının qarşısını almaq məqsədilə 20, 27 və 28 iyun tarixləri üçün sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq. Karantin rejimi bütün ölkəni əhatə edəcək.

Bundan başqa, iyunun 22-dən etibarən qoruyucu maskadan istifadə etməyənlərə qarşı pul cərimələri tətbiq ediləcək. Ölkənin 48 vilayətində evdən kənardakı bütün yerlərdə, 33 vilayətdə isə qapalı məkanlarda tibbi maska taxmayanlar 900 türk lirəsi (təxminən 130 dollar) məbləğində cərimələnəcəklər.
Bu xəbər oxucular tərəfindən 369 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed