Şrift:
Ukraynada COVID-19-a yoluxma və bu virusdan ölüm halları artmaqdadır
20.06.2020 [12:06] - Gündəm, Sosial
Ukraynada son sutkada koronavirusa 841 yoluxma faktı qeydə alınıb, 9 nəfər ölüb

Ukrayna Səhiyyə Nazirliyi xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 35 min 825 nəfərə çatıb. 16 min 406 nəfər isə müalicə olunaraq evə buraxılıb. Bu virusdan ölənlərin sayı 994 nəfərdir.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti iyulun 31-dək uzadılıb.
Bu xəbər oxucular tərəfindən 312 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed