Şrift:
İranın daha bir gəmisi Venesuela sahillərinə yaxınlaşır
20.06.2020 [12:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə məlumat yayan "Associated Press" agentliyi "Gülsan" adlı həmin gəminin Venesuelaya göndərilməsinin hər ikisi Amerika Birləşmiş Ştatları tərəfindən kəskin sanksiyaya məruz qalan İranla Venesuela arasında əlaqələrin daha da dərinləşməsini göstərdiyini qeyd edib.


Göyərtəsində Venesuelanın neft emalı zavodlarının təmiri üçün zəruri olan avandanlıqları apardığı ehtimal edilən gəmi artıb Karib dənizinə daxil olub. Onun ya iyunun 21-i, ya da 22-si Venesuela sahillərinə çatacağı gözlənilir.


Qeyd etmək lazımdır ki, Venesuelada son dövrlər kəskin yanacaq, xüsusilə də benzin çatışmazlığı hökm sürür. İran öz siyasi məqsədlərini həyata keçirmək üçün bu ölkəyə lazım olan məhsulları daşıyan 5 gəmi göndərib.
Bu xəbər oxucular tərəfindən 311 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed