Şrift:
İranda son sutka ərzində daha 115 nəfər koronavirusdan ölüb
20.06.2020 [14:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari son 24 saat ərzində ölkə ərazisində 2322 nəfərin Covid-19 infeksiyasına yoluxduğunu bildirib.


Onun sözlərinə görə, indiyədək ölkədə 202 584 nəfər infeksiyaya yoluxub. Onlardan 161 384 nəfəri sağalaraq evə buraxılıb.


Sima Sadat Lari sonda qeyd edib ki, hazırda vəziyyəti ağır olan 2842 xəstə intensiv terapiya şöbələrində müalicələrin davam etdirirlər.
Bu xəbər oxucular tərəfindən 468 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed