Şrift:
Azərbaycanda koronavirusa daha 471 yoluxma faktı qeydə alınıb, 191 nəfər sağalıb
20.06.2020 [19:54] - Xəbərlər, Siyasət
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 471 yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 12 min 238 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 6516 nəfər müalicə olunaraq sağalıb, 148 nəfər vəfat edib. Aktiv xəstə sayı 5574 nəfərdir.

Ötən müddət ərzində 417 min 102 test aparılıb. Bugünkü test sayı isə 6627-dir.
Bu xəbər oxucular tərəfindən 181 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed