Şrift:
Mərakeşdə koronavirus ən çox iki ispan şirkətində yayılıb
21.06.2020 [11:01] - Gündəm, Sosial
Mərakeşdə ən ciddi koronavirus ocaqları zəngin Laraş və Rabat kənd təsərrüfatı regionlarında çiyələk və digər meyvələrin istehsalı ilə məşğul olan iki ispan şirkətində aşkarlanıb.

Mərakeş Daxili İşlər Nazirliyi təkcə Sevilyanın “Friqador” şirkətinin zavodunda 457, “Navarra Natberri” zavodlarının birində isə 103 nəfərdə koronavirusa yoluxma halının qeydə alındığını təsdiqləyib. Vəziyyət o dərəcədə ciddidir ki, nazirlik fövqəladə hallar istisna olmaqla, ispan şirkətlərinin təmsil olunduğu yoluxma halları artan bölgədə kənd və şəhərlərə girişi tamamilə bağlayıb.

Mərakeşin Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə bir sutkada koronavirusa yeni yoluxma hallarının sayı əvvəlki günlərlə müqayisədə yeddi dəfə artaraq 539-a çatıb. Bu koronavirus pandemiyası başlayandan bəri qeydə alınmış ən yüksək göstəricidir.

Mərakeşdə karantin rejimi iyunun 10-dək uzadılıb.
Bu xəbər oxucular tərəfindən 125 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed