Şrift:
Azərbaycanlı milli-mədəni fəallar Təbrizin mərkəzi zindanının 12-ci korpusuna köçürülüb
21.06.2020 [11:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Hər iki fəal iki həftə əvvəl Təbriz məhkəməsinin hökmləri icra edən şöbəsinə çağırılaraq, barələrində çıxarılmış 6 ay həbs müddətini çəkmək üçün Təbrizin Mərkəzi zindanına aparılmışdılar.


Xatırladaq ki, Cəfər İsməilzadə və oğlu Milad İsməilzadə 2019-cu il mayın 29-da Təbrizdə öz iş yerlərində “Sepah” və təhlükəsizlik əməkdaşları tərəfindən saxlansalar da, sonradan 50 milyon tümənlik mülki vəsiqə girovu qarşılığında müvəqqəti olaraq, sərbəst buraxılmışdılar.



Təbriz inqilab məhkəməsi hər iki fəalı yazılı vərəqələr yaymaqla sistemə qarşı təbliğat aparmaqda, bir sıra şəhər tablolarında rejimə qarşı yazı və şüarlar yazmaqda və həmin yazıları videoya çəkərək sosial şəbəkələrdə yaymaqda günahlandıraraq, onların hər birini 6 ay həbsə məhkum edib.


Təbriz inqilab məhkəmənin ata və oğlu barəsində çıxardığı 6 aylıq həbs qərarına Təbriz Apellyasiya Məhkəməsində baxılsa da, hər iki fəala çıxarılan hökm qüvvədə saxlanılıb.
Bu xəbər oxucular tərəfindən 218 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed