Şrift:
Braziliyada koronavirusa yoluxanların sayı 1 milyonu keçib
21.06.2020 [11:26] - Gündəm, Sosial
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.


Məlumata görə, son sutkada burada 54 771 nəfərin COVID-19 infeksiyasına yoluxması təsdiqlənib. İndiyədək 507 200 nəfər müalicə olunaraq sağalıb, hazırda 476 759 xəstə həkim nəzarəti altındadır.


Epidemiyanın əvvəlindən Braziliyada 48 954 xəstə dünyasını dəyişib, ölüm nisbəti 4,7% təşkil edir. Son sutkada isə daha 1206 ölüm faktı qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 196 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed