Şrift:
Balakənli gənclər Şəhidlər xiyabanında səliqə-sahman işi aparıblar
21.06.2020 [13:00] - Xəbərlər, Siyasət
Balakən Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri karantin dövründə, xüsusilə müəyyən zəruri məhdudlaşdırıcı tədbirlərin sərtləşdirildiyi günlərdə vətəndaşların, o cümlədən şəhid ailələrinin hərəkət və yaşayış yerini tərk etmək imkanlarının məhdudlaşdığını nəzərə alaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin məzarlarını ziyarət edib, Şəhidlər xiyabanında səliqə-sahman işi aparıblar.

Mərkəzin direktoru Şahin Qarakişiyev bildirib ki, aksiya çərçivəsində gənc könüllülər şəhidlərin məzarlarına qulluq edib, qəbirlərin ətrafını təmizləyib, ərazini səliqəyə salıblar.

Gənc könüllülərin bu nəcib aksiyası şəhidlərin ailələri tərəfindən rəğbətlə qarşılanıb.
Bu xəbər oxucular tərəfindən 211 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed