Şrift:
İranda koronavirusdan ölənlərin sayı 9623 nəfərə çatıb
21.06.2020 [14:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda son 1 sutka ərzində daha 116 ölümlə koronavirusdan dünyasını dəyişənlərin sayı 9623 nəfərə yüksəlib.

Bu barədə məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari ötən 24 saat ərzində 2368 yeni yoluxma faktının aşkarlandığını, onlarda isə vəziyyətləri ağır olan 1114 nəfərin xəstəxanalara yerləşdirildiyini deyib.


O, həmçinin qeyd edib ki, indiyədək ölkədə 204 952 nəfər Covid-19 infeksiyasına yoluxub. Onlardan 163 591 nəfəri tam sağalaraq evə buraxılıb.


Sima Sadat Lari sonda infeksiyaya yoluxanlardan 2887 nəfərin vəziyyətinin ağır olduğunu və hazırda intensiv terapiya şöbəsində müalicələrini davam etdirdiyini deyib.
Bu xəbər oxucular tərəfindən 267 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed