Şrift:
Son iki gündə Misirdə 176 nəfər COVID-19-un qurbanı olub
22.06.2020 [10:00] - Gündəm, Sağlıq
Şənbə və bazar günləri Misirdə yeni növ koronavirusdan daha 176 pasiyent vəfat edib və beləliklə, COVID-19 qurbanlarının sayı 2193 nəfərə çatıb

Misirin Səhiyyə Nazirliyi iyunun 21-də pandemiya ilə bağlı son vəziyyəti açıqlayıb. Məlumat verilib ki, bazar günü ölkədə yeni növ koronavirusa 1475 yoluxma qeydə alınıb, ümumilikdə isə virusa yoluxanların ümumi sayı 55 min nəfərdən çoxdur. Həmçinin, son sutka ərzində Misirin karantin xəstəxanalarında 409 pasiyent sağalıb, xəstəlikdən şəfa tapanların sayı isə 14 736 nəfərdir.

Misir hökuməti iyunun 20-də - Dünya Qaçqınlar Günü münasibətilə yaydığı bəyanatda pandemiya ilə əlaqədar Afrikanın digər ölkələrindən olan 5 milyon qaçqına humanitar yardım göstərəcəyini bildirib.
Bu xəbər oxucular tərəfindən 172 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed