Şrift:
İranın Simnan əyalətində əhalinin 30%-i koronavirusa yoluxub
22.06.2020 [10:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O bildirib ki, Simnan əyalətində “Covid-19” infeksiyasından ölənlərin sayı artaraq, 84 nəfərə çatıb: “Təəssüflər olsun ki, ölkədə pandemiya yoluxucu xəstəliyi yayılmağa başlayandan bu yana Simnan əyalətində bu günə qədər əhalinin 30%-i koronavirusa yoluxub, 70%-i isə bu xəstəliyə yoluxma təhlükəsi ilə üz-üzə qalıb. Bu isə, yerli əhalinin bu xəstəliyi ciddiyə almaması və gigiyena qaydalarına tam riayət etməməsi ilə əlaqədardır.



Hazırda koronavirusa yoluxan 1737 nəfər Simnan əyalətinin müxtəlif şəhərlərinin xəstəxanalarında müalicə alırlar. Onların yaş həddinə gəldikdə isə, 55-56 yaş arasında olan xəstələrdir. Bu günə qədər pandemiya xəstəliyindən ölənlərin əksəriyyəti isə 71-76 yaş arasında olan insanlardır” -deyə, Simnan Tibb Universitetinin rektoru Nəvid Danayi əlavə edib.



Qeyd edək ki, 2016-cı ildə keçirilən siyahıyaalmaya görə, Simnan əyalətinin 702 min nəfərdən çox əhalisi var. Nəvid Danayinin verdiyi statistikanı nəzərə alaraq, hazırda Simnanda 210 min nəfərdən çox insanın koronavirusa yoluxduğu təxmin edilir.
Bu xəbər oxucular tərəfindən 198 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed