Şrift:
Qərbi Azərbaycanda koronavirusa yoluxma halları 4 dəfə artıb
22.06.2020 [10:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə İran Prezidenti Həsən Ruhaninin iştirakı ilə keçirilən videokonfransda məlumat verib.

Ağazadənin sözlərinə görə, bu rəqəm koronavirusun yayılmağa başladığı ilk aylarda orta hesabla 47 nəfər olub.





Pandemiyanın başlanmasının ilk üç ayında (fevral 20- may 20) hər 100 min nəfərdən 130 nəfərdə koronavirus xəstəliyinin aşkarlandığını deyən Ağazadə bu rəqəmin xordad ayında (may 21-iyun 21) 330 nəfərə çatdığını açıqlayıb.

“İlk üç ayda orta hesabla hər gün koronavirusa yoluxan 22 nəfər xəstəxanaya yerləşdirilirdi. Lakin hazırda bu rəqəm orta hesabla hər gün 32.3 nəfərə çatıb,” deyə o bildirib.





Ağazadə qarşıdan gələn iki həftə ərzində vəziyyətin daha da ağır olacağını deyib. Onun sözlərinə görə, Urmiyanın Taliqani xəstəxanasında yer olmadığına görə, Xomeyni xəstəxanası da artıq koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulub.





Ağazadə həmçinin Qərbi Azərbaycan əyalətinin səhiyyə xidməti əməkdaşlarının gecikmiş maaşlarının ödənilməməsini tənqid edib.

Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri “mövcud dəhşətli vəziyyətdə” əməkdaşlarda mübarizəyə davam etmələri üçün motivasiya yaratmaq məqsədi ilə onların gecikmiş maaşlarının ödənilməsinin zəruri olduğunu bildirib.
Bu xəbər oxucular tərəfindən 413 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed