Şrift:
Gəncədə genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir
22.06.2020 [13:59] - Xəbərlər, Sosial
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Gəncədə də tətbiq olunan iki həftəlik sərt karantin rejimi nəzərə alınaraq, şəhərdə həyata keçirilən tibbi-profilaktiki tədbirlər daha da genişləndirilib.

Şəhərin mərkəzi hissəsində, o cümlədən qəsəbə və yaşayış massivlərində aparılan dezinfeksiya işləri davam edir.

COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən işlərə Gəncə Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb olunub. Gəncənin əsas küçə və prospektləri, o cümlədən “Gəncəçay” park-bulvar kompleksi, Xan bağı, N.Nərimanov və M.Füzuli parklarının ərazisi xüsusi kimyəvi məhlulla yuyulub. Səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında da tibbi-profilaktiki işlər görülüb. Bununla yanaşı yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, idman-əyləncə qurğularında da dezinfeksiyaedici tədbirlər həyata keçirilib.
Bu xəbər oxucular tərəfindən 184 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed