Şrift:
Güney Azərbaycanda daha 2 tibb işçisi koronavirusdan ölüb
22.06.2020 [14:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məlumata əsasən, Təbrizin “Mədəni” xəstəxanasında çalışan tibb bacısı Fərəhnisə Fəthipur xəstəliklə bir ay mübarizə apardıqdan sonra iyunun 20-də həyatını itirib.





“İSNA” xəbər agentliyinin verdiyi məlumata görə, həmin xəstəxananın əməkdaşlarının bir çoxu koronavirusa yoluxub.





Həmçinin iyunun 21-də Qərbi Azərbaycanın Tikantəpə (Təkab) şəhərində yerləşən “Şühəda” xəstəxanasının əməkdaşı Mustafa Novruzi koronavirusdan ölüb.





Daha öncə iki təbrizli həkim, o cümlədən, Tufarqan (Azərşəhr) şəhərinin “Mədəni” xəstəxanasının rəisi Mir Abbas Haşimi, həmçinin Ərdəbilin “İmam Rza” xəstəxanasının həkimi “Mikayıl Purməhəbbət” koronavirusdan vəfat ediblər.





Aprel ayında Təbriz Tibb Universitetinin mətbuat katibi Camaləddin Hüseyni Şərqi Azərbaycanda 90 nəfər tibb işçisinin “Covid-19” infeksiyasına yoluxduğunu bildirmişdi.
Bu xəbər oxucular tərəfindən 439 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed