Şrift:
İranda daha 2573 nəfər koronavirusa yoluxub
22.06.2020 [14:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari bununla da ölkədə Covid-19 infeksiyasına yoluxanların sayının 207 525 nəfərə çatdığını deyib.


Onun sözlərinə görə, indiyədək 166 427 nəfər xəstəlikdən sağalaraq evə buraxılıb. Lakin hazırda xəstələrdən 2797 nəfərinin vəziyyəti ağırdır və onlar intensiv terapiya şöbələrində müalicələrini davam etdirirlər.


Sima Sadat Lari sonda qeyd edib ki, son 24 saat ərzində daha 119 nəfər koronavirusda dünyasını dəyişib. Bununla da, bu günədək İranda Covid-19 infeksiyasından ölənlərin sayı 9742 nəfərə çatıb.
Bu xəbər oxucular tərəfindən 409 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed