Şrift:
Azərbaycanda koronavirusa daha 478 nəfər yoluxub, 369 nəfər sağalıb
22.06.2020 [19:21] - Xəbərlər, Siyasət
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 478 yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 13 min 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 7168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib. Aktiv xəstə sayı 5878 nəfərdir.

Ötən müddət ərzində 426 min 394 test aparılıb. Bugünkü test sayı isə 4345-dir.
Bu xəbər oxucular tərəfindən 346 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed