Şrift:
Zəncanda yol qəzası baş verib: ölən və yaralananlar var
23.06.2020 [10:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Zəncan əyalətinin yol polisi rəis müavini polkovnik Məhəmməd Əli Əzimi mediaya açıqlamasında məlumat verib. Hadisə Zəncan əyalətinin Bicar- Zəncan magistralında baş verib.





Məlumata görə, hadisədə yük maşını ilə “Prayd” markalı minik avtomobili toqquşub. Qəza zamanı “Prayd”ın sürücüsü dünyasını dəyişib.

Hadisə nəticəsində yaralanan digər 4 sərnişin xəstəxanaya yerləşdirilib.





Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.
Bu xəbər oxucular tərəfindən 353 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed