Şrift:
Nərimanov rayonunda “Mercedes” markalı avtomobilin vurduğu piyada ölüb
23.06.2020 [14:05] - Gündəm, Hüquq
Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iyunun 23-də saat 01 radələrində Nərimanov rayonu ərazisində yolu keçən paytaxt sakini Əlqamət Zeynalovu Bakı şəhər sakini S.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 203 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed