Şrift:
Qazaxıstanda həftəsonu sərt karantin rejimi bir neçə dəfə tətbiq oluna bilər
23.06.2020 [15:22] - Xəbərlər, Sosial
Ötən gün Qazaxıstanda koronavirus infeksiyasına 499 yoluxma faktı aşkarlanıb, 7 nəfər vəfat edib. Ümumilikdə, ölkədə koronavirus infeksiyasına 18 min 231 nəfər yoluxub. Xəstələrdən 129-nun vəziyyəti ağır qiymətləndirilir.

Yaranmış vəziyyətlə əlaqədar ölkənin iri şəhərlərində həftəsonu karantin rejimi bir neçə dəfə tətbiq oluna bilər. Sanitar həkim Janna Praliyeva bu rejimin zəruri olduğunu bildirib. Qeyd edib ki, sanitariya normalarına laqeyd münasibət göstərildiyi təqdirdə həftəsonu karantin rejimi bir neçə dəfə tətbiq ediləcək.
Bu xəbər oxucular tərəfindən 421 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed