Şrift:
Xalq şairi Xəlil Rza Ulutürkə həsr olunan videoçarx hazırlanıb
23.06.2020 [15:45] - Xəbərlər, Mədəniyyət
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı görkəmli ədiblərlə bağlı videoçarxlar hazırlayır.

İdarədən bildirilib ki, növbəti videoçarx Azərbaycanın Xalq şairi Xəlil Rza Ulutürkə həsr olunub.

Görkəmli şairin anım günü ilə əlaqədar hazırlanan videoçarxda kitabxananın əməkdaşı Qızılgül Məmmədova şairin şeirlərini səsləndirib.

Qeyd edək ki, oxucularda və sosial şəbəkə izləyicilərində Azərbaycan ədəbiyyatı nümunələrinə diqqəti cəlb etmək, mütaliəyə maraq formalaşdırmaq məqsədilə kitabxanada müntəzəm olaraq ucadan oxu saatları, ifadəli şeir təqdimatları həyata keçirilir.

Videoçarxı kitabxananın "Instagram"və "Facebook" hesablarından izləmək olar.
Bu xəbər oxucular tərəfindən 575 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed