Şrift:
Azərbaycanda koronavirusa daha 508 nəfər yoluxub, 335 nəfər sağalıb
23.06.2020 [20:37] - Xəbərlər, Siyasət
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 508 yoluxma faktı qeydə alınıb, 335 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 13 min 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 7503 nəfər müalicə olunaraq sağalıb, 167 nəfər vəfat edib. Aktiv xəstə sayı 6045 nəfərdir.

Ötən müddət ərzində 432 min 858 test aparılıb. Bugünkü test sayı isə 6464-dür.
Bu xəbər oxucular tərəfindən 159 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed