Şrift:
Ukraynanın Səhiyyə Nazirliyi: Ölkədə təhlükəli epidemioloji vəziyyət yaranıb
24.06.2020 [10:40] - Gündəm, Sosial
Ukraynada koronavirusun yayılması ilə əlaqədar təhlükəli epidemioloji vəziyyət yaranıb.

Bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ukraynada son sutkada koronavirusa 940 nəfər yoluxub. Ən çox yoluxma Kiyev, Lvov və Çernivtsi vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 39 min 14 nəfərə çatıb. Bu virusdan ölənlərin sayı 1050 nəfərə yaxındır.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti iyulun 31-dək uzadılıb. Bəzi bölgələrdə karantin vəziyyəti sərtləşdirilib.
Bu xəbər oxucular tərəfindən 208 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed