Şrift:
Salyanda 8 min tondan çox tərəvəz yığılıb
24.06.2020 [10:55] - Gündəm, İqtisadiyyat
Salyanda tərəvəz yığımı davam edir. Məhsul istehsalçıları erkən yazda əkdikləri tərəvəz sahələrinin bu günədək 13,7 faizinin məhsulunu toplayıblar.

Rayon statistika idarəsinin rəisi Elnur Hüseynov bildirib ki, bu mövsüm salyanlı fermerlər 13 min 72,4 hektar sahədə tərəvəz becəriblər. Torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində sahələrdə gözlənildiyindən də çox məhsul yetişib. Xeyli vaxtdır ki, əkinçilər yetişdirdikləri məhsulun yığımı ilə məşğuldurlar. Artıq məhsul istehsalçıları 195,5 hektar tərəvəz sahəsindən 8 min 700,1 ton məhsul yığıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,3 sentner çoxdur.

Tədarük olunan məhsulun 2,8 tonunu yaşıl lobya, 757,3 tonunu xiyar, 7 min 659,4 tonunu pomidor, 64,1 tonunu sarımsaq, 216,5 tonunu isə digər tərəvəzlər təşkil edir.

Qeyd edək ki, tədarük olunan xiyar və pomidor rayonda mövcud olan 473 istixana kompleksindən yığılıb.
Bu xəbər oxucular tərəfindən 436 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed