Şrift:
Nehrəm qəsəbəsi və Araz kəndində içməli su və kanalizasiya xətlərinin tikintisi davam etdirilir
24.06.2020 [10:57] - Gündəm, Sosial
Muxtar respublikada “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində 2020-ci ilin yanvar-may aylarında 26,8 kilometr su, 15,1 kilometr kanalizasiya xətti çəkilib.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, hazırda bu layihə Babək rayonunun Nehrəm qəsəbəsi və Araz kəndində davam etdirilir. Layihə çərçivəsində həmin kəndlərdə, ümumilikdə, 84,8 kilometr uzunluğunda su xətti, 60,5 kilometr kanalizasiya xətti çəkilib, 2755 su ev birləşməsi və 788 kanalizasiya ev bağlantısı aparılıb. Tikinti işləri aparılarkən keyfiyyətə xüsusi diqqət yetirilir.

Tikinti işlərinin icrası başa çatdıqdan sonra Nehrəm qəsəbəsi və Araz kəndinin su təchizatındakı problemlər tamamilə aradan qaldırılacaq və 17 mindən artıq sakin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunacaq. Əhalinin sosial rifah halının yüksəlməsinə hesablanmış içməli su və kanalizasiya layihələrinin vaxtında və keyfiyyətlə icrası məqsədilə görülən işlər bundan sonra da davam etdiriləcək.
Bu xəbər oxucular tərəfindən 377 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed